Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İtkin düşən Ayselin qardaşı DANIŞDI: "Taksi ilə gedib" – VİDEO

İtkin düşən Ayselin qardaşı DANIŞDI: "Taksi ilə gedib" – VİDEO

ARB TV-nin “Elgizlə İzlə” verilişinin canlı yayınına telefon bağlantısı ilə qoşulan Yadigar Salahov bacısı Aysel Salahovanın itkin düşdüyünü deyib:

“Biz Bilgəhdə yaşayırıq. Bacım Aysel ayın 12-si 13-nə keçən gecə evdən xəlvət çıxıb. 14 yaşı var. Evdən heç kimin xəbəri yoxdur. İcazəsiz çıxıb. Taksi gəlib qapıya. Evdən 3manat pul götürüb. Evdə söz-söhbət olmayıb”.

***

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb.

Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ