"Ana, məni zorlayıblar" - 18 yaşlı qız özünü öldürdü - FOTO
Ötən ilin avqust ayında gecə klubunda zorlanan 18 yaşlı qız aylar sonra canına qəsd edib.
Lunar.az xarici mətbuata istinadla xəbər verir ki, İrlandiyada yaşayan Julie Crowe adlı qız rəfiqələri ilə birlikdə Yunanıstanda dincələrkən iki nəfər tərəfindən zorlanıb.
Yunanıstanın Zante adasındakı gecə klubunda 2 nəfərin təcavüzünə məruz qalan yeniyetmə depressiyaya düşdüyünə görə aylar sonra özünə qəsd edib.
Qızın anası məhkəmədə ifadəsi zamanı bildirib ki, o, zorlanan zaman narkotik maddənin təsiri altında olub. Onun qızını zorlamaq isytəyən şəxslər, əvvəlcə qızın içkisinə narkotik maddə qatıblar.
"Bir gün işdə olanda qızım mənə zəng etdi və "Ana mən Yunanıstanda zorlanmışam", - dedi", - deyə qadın məhkəmədə ağlayıb.
O, bildirib ki, qız özünü öldürməzdən əvvəl intihar məktubu da yazıb.