Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Televiziya aparıcıları hansı nöqsanlara yol verir? - MTRŞ açıqladı

Televiziya aparıcıları hansı nöqsanlara yol verir? - MTRŞ açıqladı

2019-cu il ərzində aparılan monitorinqlər zamanı efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb.

Lunar.az Trend-ə istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-cu il üzrə hesabatında bildirilir ki, həmin problemlər əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilmişdir: aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri; aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri; aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyil etməsi; aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi: bəzi aparıcıların ləhcədə danışması; verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi; teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.

İl ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilmişdir.

Qeyd olunmalıdır ki, radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Ekspertiza, proqramlaşdırma və analitik şöbə tərəfindən monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radiokanalların efir yayımlarının audio və video yazıları aparılmış və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilmişdir.

Aparılmış monitorinqlərin nəticələri barəsində Şura sədrinə mütəmadi hesabatlar təqdim edilmiş, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə teleradio yayımı ilə bağlı yer almış materiallar araşdırılaraq müəyyən təhlillər aparılmışdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ