Moskvada baş vermiş atışmada yaralanan digər FTX əməkdaşı xəstəxanada ölüb
Rusiya paytaxtında Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında baş vermiş silahlı insident zamanı hüquq-mühafizə orqanlarının yaralanan digər əməkdaşı xəstəxanada dünyasını dəyişib.
Lunar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.
Məlumata görə, Lubyanka rayonunda hüquq-mühafizə orqanlarına hücum edən şəxs 39 yaşlı Moskvaətrafı rayonun sakini Yevgeni Manyurov olub.
İnsidentlə bağlı hazırda istintaq araşdırmaları aparılır.