Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda universitet yataqxanasında qalan 103 tələbə zəhərlənərək xəstəxanalara yerləşdirilib.
Lunar.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, tələbələr dəm qazından zəhərləniblər.
Çorum valisi Mustafa Çiftçinin sözlərinə görə, 98 tələbə Osmancık və Çorumdakı müxtəlif xəstəxanalarda müalicə olunur, 5 tələbə isə reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, bu il noyabrın 27-də Sakarya vilayətində 141 şagird zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.