Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin" - Azərbaycan efirində ŞOK AÇIQLAMA

"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin" - Azərbaycan efirində ŞOK AÇIQLAMA

Xəzər televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edən və İran vətəndaşı ilə evlənən qadının canlı yayımda söylədikləri hər kəsi dəhşətə gətirib.




Lunar.az-ın məlumatına əsasən, Səfarət adlı qadın bildirib ki, qızı Mehrimah Əbdülhseynovanı axtarır:

"Mənim həyat yoldaşım iranlıdır. Onunla 2010-cu ildə ailə qurmuşam. O, burada ticarətlə məşğul olurdu. Biz onunla yola getmədiyimiz üçün məhkəməyə müraciət etdim. O, məni məhkəmədə ləkələsə də sonda barışıqla nəticələndi. Çünki vəkilim geri çəkildi".

O, vurğulayıb ki, bir neçə dəfə əməliyyat olunsa da övladı olmayıb: "Ona görə də övladlığa uşaq götürdük. Həyat yoldaşım dedi ki, İrana toya getməliyik. Ona görə də hamımız İrana getdik. Həyat yoldaşım Azərbaycana qayıtmayaq deyə bizim sənədlərimizi gizlətdi. Daha sonra o, məni aldadıb Bakıya göndərdi. Yalandan mənə dedi ki, anan ölüm ayağındadır. Mən də Bakıya gəldim. Həyat yoldaşım uşağımızın olması üçün bir dəfə olsa testə getmirdi. Uşağın olmamasının günahını məndə görürdü. Övladlığa uşaq götürməyimizə də razı deyildi. Amma günlərin bir günü evə gəlib dedi ki, Gülnarə adlı bir qadın var. 5 aylıq hamilədir. Uşağını abort etdirmək istəyir. O uşağı övladlığa götürək. Mən həmin an şoka düşdüm. Çünki o heç bir uşağı övladlığa götürüb, çörək vermək istəmirdi. Düşünürəm ki, onun Gülnarə ilə münasibətləri olub. Bəlkə də uşaq ondan idi. Evli olduğumuz 10 il ərzində həyat yoldaşım heç vaxt uşaq istəməyib. Onu məcbur edirdim ki, zorla mənimlə cinsi münasibətə girsin. Çünki övladımın olmasını çox istəyirdim".

Səfarət Mehrimahı üç yaşına kimi o böyüdüb: "Xəstəxanadan çıxartdığım an hələ də gözümün önündən getmir. Şərt o deyil ki uşağı özün dünyaya gətirəsən. Önəmli olan onun qoxusu ilə yaşayasan.
Qızımın hazırda 7 yaşı var. 4 ildir ki, qızıma həsrətəm. Ərim rəsmi boşanma olmadan yenidən iranlı qadınla evlənib. Hazırda həyat yoldaşı da hamilədir".


"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin" - Azərbaycan efirində ŞOK AÇIQLAMA








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ