Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Trampla Ərdoğan arasında Suriya mövzusunda telefon danışığı olub

Trampla Ərdoğan arasında Suriya mövzusunda telefon danışığı olub

ABŞ prezidenti Donald Tramp Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıdığını, Suriyada atəşkəslə bağlı müzakirələr apardıqlarını yazıb.

Lunar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Ərdoğan qeyd edib ki, Suriyanın şimal-şərqində kiçikölçülü snayper və minaatanlardan atəşlər qısa müddətdə dayandırılıb.


Tramp əlavə edib ki, Ərdoğan atəşi dayandırmaq və fasilə vermək istəyir: "Hər iki tərəfin niyyəti yaxşıdır və bu uğur əldə etmək üçün yaxşı bir fürsətdir”.


Prezident Ərdoğan Trampa deyib ki, bəşəriyyətin düşməni olan terrorizmin öhdəsindən gəlsək, daha çox insanın həyatını xilas edəcəyik: “Əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitlik yaradacaq.”








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ