Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Lunar.az Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ