Suriyada dəhşətli partlayış, ölü sayı 50-yə yaxınlaşır.
Suriyada partlayış Suriyada dəhşətli terror aktı törədilib. ANS PRESS-in xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Homs şəhərinin mərkəzində Əz-Zəhra məhəlləsində ardıcıl iki partlayış qeydə alınıb. Bomba yüklü iki avtomobil partladılıb. Törədilən iki partlayış nəticəsində 46 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Terror aktı nəticəsində ölənlərdən 28 nəfərin mülki şəxslər olduğu bildirilir.
Suriya dövlət televiziyası isə birini kamikadzenin törətdiyi partlayışlar zamanı 14 nəfərin öldüyünü, 29 nəfərin isə yaralandığını qeyd edib. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayış törədilən ərazinin Bəşər Əsəd tərəfdarlarının nəzarəti altında olduğu bildirilir. Hadisəni hələlik heç bir quruplaşma öz üzərinə götürməyib.
Homsda partlayışDəməşqdə partlayış
Suriyada çoxlu insan tələfatına səbəb olan sonuncu irimiqyaslı partlayış yanvar ayının 31-də Dəməşqdə törədilib. Ard-arda baş verən iki partlayış zamanı 59 nəfər həlak olub.
Hər iki partlayış Dəməşqin şiələr məskunlaşan hissəsində baş verib. Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. İlkin məlumatlarda partlayış zamanı 10-11 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilsə də, sonradan həyatını itirənlərin sayının 59-a çatdığı, yaralıların isə 128 nəfər olduğu müəyyən edilib.
Partlayışlar Ku-as-Sudan və Səidə Zeynəb rayonlarında qeydə alınıb.
Həmin hadisədən əvvəl də Suriyada kütləvi insan ölümünə səbəb olan partlayışlar baş verib. Ötən ilin dekabr ayının 31-də qeydə alınan partlayış nəticəsində 16 nəfər həyatını itirib.
Hadisə nəticəsində həyatını itirən suriyalılardan 5 nəfəri erməni əsilli olub.