SON DƏQİQƏ! Türkiyədə dəhşətli TERROR -Çox sayda ölü və yaralı var
Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusu minaya düşüb.
Lunar.az DHA agentliyinə istinadən xəbər verir ki, minanın işə düşməsi nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, dərəyə aşıb . Çox sayda ölü və yaralının olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisədən dərhal sonra əraziyə çox sayda xilasedici və təhlükəsizlik əməkdaşları cəlb edilib. Partlayıcı qurğunun PKK terrorçuları tərəfindən yol kənarına yerləşdirildiyi bildirilir.