Donald Tramp yoxsulluqdan çıxmış milyarderlərdən deyil. O, uşaqlıqdan varlı həyatın nə olduğunu bilirdi, çünki bu sahibkar biznesmenlər ailəsində böyüyüb. Trampın atası milyonlarla pul qazanırdı və oğluna biznesin qurulmasına dair doğru məsləhətlər verə bilirdi.
Milli.Az fins.az-a istinadən bildirir ki, Donald Trampın biznes sahəsində müvəffəqiyyətli olması təəccüblü olmasa da, biznesmenin şəxsi nailiyyətlərini istisna etmək olmaz. Donald Tramp sahibkarlığın "damarını" tutmağı bacardı, bunun hesabına milyarder atasını belə ötüb keçə bildi. Donald Trampın gənc sahibkarlara nə tövsiyə edir?
Milyarderdən on dənə "həmişə" qaydası
İnstinktlərə etibar edin. Diplomlar və universitet proqramları sahəsində əldə edilən biliklər, sözsüz ki, çox yaxşıdır. Amma daxilinizdə olan instinktlərlə "dostluq" etməsəniz, sahibkarlıq sahəsində müvəffəqiyyətli ola bilməyəcəksiniz. Vacib danışıqlar apararkən, qarşıdakı müqavilə barədə düşünərkən instinktləri dinləyin və intuisiyanın sizə diktə etdiyini edin.
Hər zaman optimist olun. Optimist əhval-ruhiyyə və hər zaman məğlubiyyətə hazır olmaq olduqca vacibdir. Çalışın bu iki keyfiyyəti özünüzdə inkişaf elətdirəsiniz. Əgər məğlubiyyətə əvvəlcədən hazır olsanız, bütün problemlərin öhdəsindən asanlıqla gələ biləcəksiniz. Əsl sahibkar hər şeyə real baxan və uğurlu nəticəyə inanan biri olmalıdır.
İttihamçıya müqavimət göstərin. Lazım olduğu yerdə sərtliyi göstərməkdən qorxmayın, təzyiqə cavab verin. Sizə ünvanlanmış təhqirə yol verməyin və əgər elə bir hal baş verərsə, qarşı tərəfə gücünüzü göstərin. Heç kimə etibar etməyin, hətta dost belə arxasında bıçaq saxlaya bilər.
Xırdalıqlara diqqət edin. İşiniz nə olursa olsun, ən kiçik detalları və nüansları nəzərə alın, əks halda uğurlu ola bilməyəcəksiniz. Hər bir vacib məsələdən əvvəl ortaya çıxa biləcək bütün mümkün halları ətraflı şəkildə düşünün, sonra isə işə başlayın.
Özünüz üçün maliyyə məsləhətçisi olun. Adətən savadlı, lakin təcrübəsi sahibkarlar maliyyə məsləhətçilərinin xidmətlərindən istifadə etməyi üstün sayırlar. Sonda biznesi məhv edən insanlar da məhz həmin məsləhətçilər olub. Çalışın özünüz üçün maliyyə məsləhətçisi olun, ən azı olmağa cəhd göstərin. Təcrübəniz azdır? Kitablar oxuyun, əldə etdiyiniz bilikləri tətbiq edin.
Əməkdaşlarınıza və iş yoldaşlarınıza qiymət verin. Siz əməkdaşlıq etdiyiniz insanın kim olduğunu bilməlisiniz. Burada söhbət təkcə peşəkarlıqdan yox, insani keyfiyyətlərdən gedir.
Zövqlü geyinin. Adətən insanlar bizi geyimimizə görə qarşılayırlar. Bu səbəbdən geyim olduqca vacibdir. Çalışın xarici görkəminizə fikir verəsiniz, biznes mühiti bizdən bunu tələb edir.
Vaxtınızdan səmərəli istifadə edin. Müvəffəqiyyətli biznesmen olmaq istəyirsinizsə, çalışqan şagird kimi olmalısınız. Kitab oxuyun, tənbəllik etməyin və boş vaxtınızdan səmərəli istifadə etməyə çalışın. Özünüzə və gələcəyinizə sərmayə edin. Bu gün öyrəndiyiniz bir şey sabah sizin üçün çox faydalı ola bilər.
Qiyməti aşağı salın. İstənilən vəziyyətdə öz maraqlarınızı müdafiə edin, daha əlverişli şərtlər əldə etməyə çalışın. Qiyməti aşağı salmaqdan çəkinməyin, axı bu sizin öz pulunuzdur!
İşinizi sevin. İşinizdən zövq almalısınız, başqa cür ola da bilməz. Əgər özünüzü xoşbəxt hiss etmirsinizsə, fəaliyyət istiqamətinizi dəyişin. İşi sevmək müvəffəqiyyətli olmağın əsas şərtlərindən biridir. Komandanızı eyni prinsip üzrə formalaşdırın.