Qadın polis işçisi rəhbərlərinin icazəsi olmadan başqa ölkədə yayımlanan əxlaqsız xarakterli verilişə çıxdığına görə ölkədə qalmaqal qopub.
BiG.AZ Səyyar Tv-a istinadla xəbər verir ki, Khafi Kareem adlı qadın polis Nigeriyada yayımlanan "big brother" tipli verilişdə iştirak edib. O, yayım zamanı digər iştirakçı ilə cinsi əlaqədə olub. Şotlandiyada polis işləyən qadın ölkədə qalmaqal yaradıb. Onun cinsi əlaqədə olduğu anın görüntüləri sosial şəbəkədə yayılıb. Baş polis idarəsindən verilən açıqlamada bildirirlir ki, o, rəhbərlərinin icazəsi olmadan verilişə qatılıb.
Qeyd edək ki, 29 yaşlı Khafi Kareem 2015-ci ildən polis kimi çalışıb.