Bu gün günorta saatlarında Sabirabad rayonunda bədbəxt hadisə nəticəsində 29 yaşlı sakin dünyasını dəyişib.
Lunar.az virtualaz.org-a istinadən bildirir ki, rayonun Mürsəlli kənd sakini İlkin Qənimət oğlu Şükürov əmisinin həyətində su nasosunu işlədərkən ehtiyatsızlıq edib və elektrik cərəyanı onu vuraraq öldürüb.