Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lunar.az-a verilən məlumata görə, bu gün saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.
Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təhlükə yoxdur.