Türkiyədə 3 yaşlı qız uşağı küçənin ortasında döyülüb.
BiG.AZ xəbər verir ki, Bursada yaşanan hadisə anbaan mühafizə kameralarına düşüb. Uşaq arabasında oturan azyaşlının döyülməsi açıq-aşkar görünür. Belə ki, anası dərmanını içmək istəməyən qızını vurmağa başlayıb. Uşağın dəfələrlə üzünə vuran anasına isə digər qızı mane olmağa çalışıb.
Hirsi soyumayan ana uşaq arabasını təpikləməyə başlayıb. Onun qızı ehimal edilən digər azyaşlı uşaq anasına mane olmağa çalışıb. Daha sonra hər iki uşağını götürərək yoluna davam edib.