Lunar.az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 161 m² olan talvarın yanar konstruksiyaları, altında dayanan "Porsche" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 504 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın tavanı 28 m² sahədə yanıb.
Yüksək temperaturdan otağın qapı və pəncərə çərçivəsi, aynabəndin tavanı 38 m² sahəsi yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.