Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama
Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama
Ağstafa rayonunda 15 yaşlı dörd hamilə yeniyetmənin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər yanlışdır.
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az -ın sorğusuna cavab olaraq deyib ki, bəzi kütləvi informasiya vasitələrində məsələnin mahiyyəti təhrif olunmuş formada, süni ajiotaj yaratmaq məqsədi ilə yayılmış xəbərlər dezinformasiyadır:
“Xəstəxanaya müraciət edən dörd yeniyetmə olduğu iddia edilən xanımlar gəncdirlər və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”.
DİN rəsmisi qeyd edib ki, bu məsələni yayanlar müvafiq dövlət qurumları, o cümlədən, hüquq-mühafizə orqanları ilə zəruri dəqiqləşdirmə aparsaydılar, belə anlaşılmazlıq və xoşagəlməz situasiya yaranmazdı: