Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
Daha bir kişi sevdiyi qadını xilas etmək üçün riskli addım atıb. 22 yaşlı Ceraldini 2017-ci ilin may ayında sevgilisi Aldo Kataldi ilə tanışlıqdan 3 ay sonra qıza xroniki böyrək çatışmazlığı diaqnozu qoyulur.
Hər gün dializ alan qıza sevgilisi qayğı və diqqətini əsirgəmir. Lakin 2018-ci ildə həkimlər bu qərara gəldi ki, ona təcili böyrək köçürülməlidir, əks təqdirdə öləcək. Ailə üzvləri və doğmalardan testlər qan və orqan uyğunsuzluğunu göstərdi.
"Mən panikaya düşdüm, özümü öldürmək istəyirdim, amma sabahı həkimlər dedi ki, Aldo da test etdirmək istəyir. Mən dedim ki, axı o ağdərili italyandır, biz ayrı etnik qruplara aidik. Uyğunluq ola bilməz” – deyə Ceraldina xatırlayır.
Lakin Aldo israr edir və ondan götürülmüş material qıza uyğun gəlir.
31 iyul 2018-ci ildə onlar nişanlanır, yalnız bundan sonra cütlük əməliyyata girir. Orqan köçürülməsi uğurla başa çatır. İndi hər ikisi normaldır, bərpa olunur və yayda toya hazırlaşır. (Medicina.az)