ABŞ-ın Florida ştatının senatı müəllimlərə silah gəzdirməyə icazə verən qanun layihəsini təsdiq edib.
Lunar.az musavat.com-a istinadən xəbər verir ki, qanun layihəsi 22 lehinə, 17 səs əleyhinə olmaqla qəbul edilib.
Qeyd olunur ki, qanun məktəb müəllimlərinin və digər əməkdaşların silahlı hücumlardan müdafiə olunması və bu cür hücumlarının qarşısının alınması məqsədilə qəbul edilib.
Qanun layihəsi ştat parlamentinin aşağı palatası tərəfindən təsdiq olunduqdan sonra imzalanması üçün qubernatora göndəriləcək.
Xatıladaq ki, ötən ilin fevralında Floridanın Parklend şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı.