Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ov mövsümünün müddəti uzadılıb

Ov mövsümünün müddəti uzadılıb

Ov mövsümünün müddəti uzadılıb

Ov mövsümünün müddəti uzadılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

İclasda tənzimlənən ov fəaliyyətinin təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında əhəmiyyətli rolu nəzərə alınaraq aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb. Bir sıra vəhşi quşların (ördək, qaşqaldaq, qaz və s.) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması, həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal və s.) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub.

Qeyd olunanlar nəzərə alınaraq, respublika ərazisində ov mövsümünün müddətinin 10 mart 2016-cı il tarixinədək uzadılması və bu müddət ərzində su-bataqlıq quşlarının ovuna icazənin davam etdirilməsi, həmçinin çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin isə ilboyu ovlanması barədə qərar qəbul edilib.


Ovlanmış quşlar
Bununla əlaqədar vətəndaşlar onları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinə müraciət edə bilərlər.








Sadiqov от 21 fevral 2016 14:11
Indi qayda qanunan hereket eden var ki beyem kim ne vaxt isteyir gedir ova
--------------------
Miriş Soltanov от 21 fevral 2016 19:13
He.Düzdü Hərə Öz Kefindədi.
Prinsesa от 21 fevral 2016 19:18
qayda sayan yoxdu kim ne istiyir edir
Esgeroov
Esgeroov от 28 fevral 2016 11:18
Paylawiqniz Ucun tewekurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ