Azərbaycanda evdə partlayış oldu: ana və qızı yaralandı
Bu gün səhər saatlarında Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində partlayış olub.
Lunar.az-ın ona-ya istinadla verdiyi məlumata görə, evdə qaz balonu partlayıb.
Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar. Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib.