Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İntihar edən məktəbli rəfiqəsinin fəryadı: Mənin sevgilim, mənim həyatım...

İntihar edən məktəbli rəfiqəsinin fəryadı: Mənin sevgilim, mənim həyatım...

Intihar edən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə
paylaşımı ilə diqqət çəkib.

Buta.media-nın məlumatına görə, o dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, oda da intihar edə bilər:

“Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o mənim üçün dostdan daha artıq idi... Bizim onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını intiharda suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavininin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdi ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edib ki, o ölmək istəyir”.

Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib:

“Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb mən inana bilmirdim”.

E. Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə özünə qəsd edəcək:

“Onun sinif rəhbəri də, ona təzyiq edib... Mənim sevgilim sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım...”

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin III mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ