"Məni edam edə bilərsən" – Kılıçdaroğlundan Ərdoğana şok müraciət
Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ölkədəki edam müzakirələrindən danışıb.
Lunar.az teleqraf.com-a istinadən xəbər verir ki, CHP lideri edam cəzasının yenidən bərpasını istəyən Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, edam olunmağa hazır dayandığını bildirib.
Lakin Kamal Kılıçdaroğlu edamın yenidən bərpa olunmayacağını da deyib:
“Mənim edamın işsizlik problemini həll edəcəksə, yoxsulluğu aradan qaldıracaqsa, buyurun, edam edin. Amma onların edam cəzasını bərpa etmək niyyəti yoxdur. Sadəcə bununla gündəmi dəyişməyə, diqqəti əsas məsələlərdən yayındırmağa çalışırlar”.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada 49 müsəlmanın həlak olması ilə yadda qalan terror aktından danışarkən, edam cəzasının ləğv edilməsindən peşimanlıq çəkdiyini bildirmişdi.
Prezidentin bu açıqlaması Türkiyədə edam cəzasının yenidən bərpa olunacağı ehtimallarını artırıb və geniş müzakirələrə səbəb olub.