Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Cəlilabadda FACİƏVİ HADİSƏ - Yeniyetmə ağır vəziyyətdə Bakıya göndərildi

Cəlilabadda FACİƏVİ HADİSƏ - Yeniyetmə ağır vəziyyətdə Bakıya göndərildi

Cəlilabad rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə günorta saatlarında Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Priora” markalı avtomobil yolu keçmək istəyən yeniyetməni vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb. Lakin onun vəziyyəti ağır olduğundan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Hazırda yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ