Bacısını illərlə cinsi istismara məruz qoyan qardaşa bu hökm verildi
İzmirin Əliağa mahalında, bacısına 6 yaşından 15 yaşına qədər cinsi istismardan olduğu iddiasıyla 'uşağın cinsi istismarı' suçundan mühakimə olunan E. Ş (30), 30 il həbs cəzasına məhkum edilib.
Aliağada yaşayan 18 yaşındakı lisey şagirdi S. Ş, müəlliminə böyük qardaşı E.S.'nin ona 6 yaşından 15 yaşına qədər cinsi istismar etdiyini danışıb.
Müəllim vəziyyəti polisə bildirib. S. Ş polis tərəfindən alınan ifadəsində böyük qardaşının 4 yaşında təcavüz etməyə başladığını, 6 yaşında ilk dəfə cinsi istismar etdiyini, bunun 15 yaşına qədər davam etdiyini söyləyib.
Atasından qorxduğu üçün yaşadıqlarını kimsəyə danışmadığını deyən S. Ş, böyük qardaşının etdiyinin cinsi istismar olduğunu, televiziyada gördüklərindən sonra nələr baş verdiyini anlamağa başladığını ifadə edib. Tutulan qardaş, E.S. bacısını cinsi istismar etmədiyini və günahkar olmadığını iddia edib.
İttihamları qəbul etməyən və bacısının ona nifrət etdiyi üçün böhtan atdığını deyən qardaşı ata və anası da müdafiə edib.