Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Özü də bilmədən dörd il ürəyində diştəmizləyən çubuq gəzdirib - FOTO

Özü də bilmədən dörd il ürəyində diştəmizləyən çubuq gəzdirib - FOTO

Dörd il ürəyində diş təmizliyicisi gəzdirib Çində adamı əməliyyat edib, ürəyindən diş təmizləyicisi çıxarıblar. Bu adamın “iti əşyanı” spirtli içki içərkən udduğu bildirilir.

Lunar.az xəbər verir ki, əməliyyat yanvarın 9-da baş verib. Ancaq olayın detalları indi üzə çıxıb.

Çjou soyadlı gənc 40 dərəcə qızdırma ilə xəstəxanaya gətirilib. Müayinə zamanı həkimlər onun sağ ağciyərində və ürək nahiyəsində şübhəli kölgə görüblər. Əməliyyat nəticəsində cərrahlar ürəyin kameralarından birindən 6 santimetrlik diş təmizləyicisi çıxarıblar.

Ehtimal olunur ki, təmizləyici nəfəs borusundan sağ ağciyərin divarını zədələməklə, oradan da ürəyə keçib. 29 yaşlı gənc etiraf edib ki, həmişə spirtli içkini qəbul etməmişdən öncə onu diş təmizləyən vasitəsilə qarışdırırdı. O, dörd il öncə səhhətinin pisləşdiyini hiss edib. Deyir ki, bu dörd il ərzində müayinə və müalicələrə təxminən 25 min avro pul xərcləyib, amma dərdinə əlac edən olmayıb. O, daim ağciyərlərindən, yüksək qızdırmadan şikayətlənitmiş. Ancaq həkimlər səbəbi müəyyənləşdirə bilməyib. Həkimlərin bəziləri leykemiya, bir başqası sepsis diaqnozu qoyubmuş.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ