Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İmtahan/ Test ləğv edilə bilər.

İmtahan/ Test ləğv edilə bilər.

İmtahan/ Test ləğv edilə bilər.


"Növbəti bir neçə ildə imtahanların forma və mahiyyətində heç bir dəyişiklik gözlənilmir". Bunu ANS TV-yə eksklüziv açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Lakin nazir qeyd edib ki, gələcək illərdə bu forma dəyişməlidir.

"Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini testlə qiymətləndirmək doğru deyil. Onların biliklərinin qiymətləndirilməsi fərqli sistem tələb edir".

Nazir bildirib ki, hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiyada da mövcuddur və vahid dövlət imtahanı adlandırılır. "Burada diqqət yetirməli olduğumuz əsas məsələ isə insan faktorunun məhdud olmasıdır".

M.Cabbarov qeyd edib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri haqqında danışmaq olar. Onun sözlərinə görə, test sisteminin əsas üstün cəhəti insan faktorundan asılılığın minimal olmasıdır. Yəni qiymətləndirmə faktiki olaraq insan faktorundan asılı deyil.


"İstərdik ki, bir sıra zəruri məsələlər qiymətləndirmədə əks olunsun. Bunlar nitq, ritorika, yazı vərdişləri, düşünmək tərzini özündə əks etdirən sualların olmasıdır. Bunun üstünlüyü olduğu kimi çatışmayan cəhətləri də var. Dünyada mövcud olan sistemlərlə müqayisə etsək, başqa qiymətləndirmə sistemləri də mövcuddur". Nazir oxu, nitq vərdişlərini yazılı fikir ifadə etmək vərdişlərini inkişaf etdirən bir sistem hazırlanması istiqamətində müzakirələr aparıldığını bildirib.


Test imtahanının taleyi sual altındadır
Azərbaycanda test üsulunun ləğv olunması fikrini bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə səsləndirib. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Sədr bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.

Məleykə Abbaszadə onu da qeyd edib ki, əgər hüquqi bir qərar verilsə, şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.








LoVe Fire от 20 fevral 2016 23:44
Maraxli idi paylawdigincun sagol ellerina saxliq.
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ