Azərbaycanda biabırçılıq: 5 ilin gəlini ərinə yuxu dərmanı verib evdən qaçdı - FOTO
Ərinə yuxu dərmanı verib qaçdığı deyilən gəlin Həsənova Pəri Güləhməd qızı tapılıb.
Lunar.az xəbər verir ki, Xəzər TV-də yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində məlumat verilib.
Canlı yayıma çıxan Pəri Həsənova bildirib ki, həyat yoldaşının başqa ailəsi var: “Onunla bir ildir ki, ər-arvad münasibətimiz olmayıb. O, telefonda kimləsə yazışırdı. Ərim deyir guya mən telefonla kimləsə danışırmışam. Hamısı yalandı. Qaynanamla uşağım olmadığı üçün mübahisələrimiz düşürdü. Gürcüstandan gətirdiyi çaylardan sonra bizim münasibətlərimiz tamamilə soyudu. Anama da dəfələrlə ayrılmaq istədiyimi deyirdim. Amma o, mənə "Sənin ər evindən meyitin çıxacaq" deyirdi. Aylar sonra mənə bir sms gəldi. Sms Türkiyədə işlə təmin edə biləcəkləri ilə bağlı idi. Mən etiraz etdim. Daha sonra qaynanam məni Gürcüstana aparmaq üçün vəsiqə çıxartdırdı. Qaynatamla birlikdə pasportumu götürdüm. Mən heç bir yerə həyat yoldaşımla getməmişəm. Ya qaynana ilə, ya da qaynata ilə getmişəm. 5 il ərzində ərim mənimlə bir dəfə də olsa çölə çıxmayıb. Ailədəki söz-söhbətlərə görə yenidən Türkiyədən gələn iş təklifini dəyərləndirmək fikrinə gəldim”.