Azərbaycanlı diaspor rəhbərinin meyiti şkafdan asılı halda tapıldı - FOTO
Antaliyanın Finike qəsəbəsində portağal ticarətiylə məşğul olan Azərbaycan əsilli 64 yaşlı biznesmen Məcid Nuxiyev, evinin yataq otağındakı şkafda, elektrik naqili ilə asılı vəziyyətdə tapılıb.
Lunar.az xəbər verir ki, onun cəsədini yaşadığı mənzilin sahibi aşkar edib. Yalnız yaşayan Məcid Nuxiyevdən xəbər almayan ev sahibi ötən gün saat 16:00 radələrində mənzilə gedib. O, qapının açılmadığını və evdən gələn pis qoxunu hiss edincə polisə xəbər verib. Hadisə yerinə gələn polislər qapını çilingərin köməyi ilə açıb, evə daxil olublar.
Məcid Nuxiyev evin yataq otağındakı şkafda ölü halda tapılıb.
Hadisənin intihar və ya qətl olması polis tərəfindən araşdırılır.
Qeyd edək ki, Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayırmış və burada Azərbaycan diasporunun rəhbəri olub.