Putin müzakirələrə son nöqtəni qoydu: "Rus qadınları Dünya Çempionatına gələnlərlə birlikdə ola bilərlər"
Rusiyada Dünya Çempionatı həyəcanı davam edərkən ölkkədə maraqlı bir müzakirə aparılıb.
Lunar.Az xəbər verir ki, müzakirənin mövzusu rus qadınlarının çempionata gələnlərlə birlikdə olmasıdır. Bu məsələni ortaya çıxaran şəxs isə Kommunist partiyasının üzvü Tamara Pletnyovadır. 70 yaşlı siyasətçi və ailə komitəsinin üzvü rus qadınlarının xaricilərdən hamilə qala biləcəklərindən qorxduğunu bildirib.
Hətta 1980-ci il Moskva Olimpiyadaları zamanı yaşanan gadisəni xatırladıb. 28 il öncə keçirilən oyunlara gələn idmançılar və turistlərin rus qadınları ilə münasibətindən doğulan uşaqlar ayrı-seçkiliyə məruz qalıblar.
Dövlət başçısı Putinin katibi Dimitri Peskov "Rus qadınlarının özlərini maraqlandıran bir işdir, istədiklərini edə bilərlər. Çünki onlar dünyanın ən yaxşı qadınlarıdır" deyə mövzuya münasibət bildirib.