Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sənədini itirənlər üçün XƏBƏR

Sənədini itirənlər üçün XƏBƏR

"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 885 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 282-i sahiblərinə təhvil verilib.

Lunar.az bildirir ki, bu barədə Trend-ə "Azərpoçt"dan məlumat verilib.

İndiyədək tapılan sənədlərin 555-i müvafiq strukturlara təhvil verilib, 48 sənəd isə "Azərpoçt"un şöbə və filiallarında saxlanılır.

Qeyd edək ki, "Poçtap" xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni" QSC, "Təmiz Şəhər" ASC və "Bakubus" MMC tərəfindən birgə həyata keçirilir.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ