Qaynı ilə evində sevişərkən tutuldu - Ərinin İNTİQAMI AĞIR OLDU - FOTO
Türkiyənin Diyarbəkir şəhərində törədilən dəhşətli qətlin təfərrüatı məlum olub.
Lunar.az haberler-ə istiadən xəbər verir ki, 2017-ci ilin 23 may tarixində baş verən qanlı olayda, Abdullatif Kavut ona xəyanət etdiyini iddia etdiyi 4 uşaq anası olan 12 illik arvadı Şemsihan Kavutu boş bir əraziyə apararaq qətlə yetirib.
İstintaqı tamamlayan prokurorluq gənc qadını öldürən əri Abdüllatif Kavutun 18 ildən 24 ilə qədər, öldürməyi üçün gənc qadını ərinə təhvil verən böyük qardaşı Süleyman Yılmazın isə 15 ildən 20 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edib.
İttihama görə, Kavut cütlüyünün bəzi qohumları olaydan bir gün öncə öldürülən Şemsihan Kavutun zaman-zaman təmizləməyə getdiyi qaynının evinə yollanıblar. Qapı önündə Şemsihan Kavutun ayaqqabılarını görən qohumları uzun müddət qapını döymələrinə baxmayaraq açan olmayıb. Bir müddət sonra Şemsihan Kavut paltarı əzik halda qapını açınca içəri girən qohumları yataq otağındakı şkafın içində gizlənən kiçik qaynını görüblər. Qohumların döydüyü oğlan əllərindən çıxıb qaçmağı bacarıb. Hadisədən sonra Şemsihan Kavut qardaşları tərəfindən ata evinə aparılıb.
Olaydan xəbər tutan Abdullatif Kavut və böyük qardaşı Süleyman Yılmaz gəlinin qardaşları ilə görüşüblər. Şemsihan Kavutun ailəsi qızlarının xəyanət etmədiyini onun ərinə və böyük qardaşına bildiriblər.
Abdüllatif Kavutun onu aldadıb-aldatmadığını öyrənmək üçün arvadını müayinəyə aparmaq istədiyini vurğulayan prokuror Şemsihan Kavutun getmək istəməməyinə rəğmən əri və böyük qaynı məqsədlərinə çatıblar.
Abdullatif Kavutun yolda arvadına "Sən günahsızsan, sənə güvənirəm, ailəmin qarşısında səni təmizə çıxartmaq istəyirəm" dediyi qeyd edilən ittihamnamədə gənc qadının isə "Mənə şər atırlar" deyiyi bildirilir. Xəstəxana yolunda maşını saxlayan ər arvadını maşından düşürüb, belindəki tapança ilə ona 11 dəfə atəş açıb.