Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu ölkədə bikini və şortik QADAĞAN EDİLDİ

Bu ölkədə bikini və şortik QADAĞAN EDİLDİ

Türkmənistan hakimiyyəti ölkəyə idxal edilən bikini (çimərlik geyimi) və şortiklərin satışına qadağa qoyub.

Lunar.az xəbər verir ki, satışına qadağa qoyulan şortlar həm kişilərin, həm də qadınların yaz-yay mövsümündə çox istifadə etdikləri geyimlər sırasına daxildir.

Rəsmi olaraq ölkəyə bu məhsulların gətirilməsi qadağan edilsə də, ticarətlə məşğul olan şəxslər şəxsi mağazalarında qalan məhsulların satılmasına cəhd edirlər. Gömrükdən artıq nə bikini, nə şort buraxılır. Əhali isə çimərlik mövsümünün yaxınlaşması ilə bu məhsullara olan tələbatın artdığını etirazları ilə bildiriblər.

Satıcıların sözlərinə görə, məhsulun hansı səbədən qadağan edildiyi izah edilmir. Rəsmi məlumatlarda isə qadağanın səbəbi olaraq mentalitet və əxlaq normalarının qorunması, bu geyimlərin türkmən qızlarına, qadınlarına layiq olmadığı qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Türkmənistanın başçısı Qurbanqulı Berdiməhəmmədovun ağ saçlarını gizlətmək üçün saçına boya vurması barədə xəbər yayılmışdı. Etirazçılar bundan ona qarşı istifadə ediblər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ