Qoyun otarmaq üçün çoban axtarılır - 2559 manata...
Türkiyənin bu kəndlərində aylıq 6 min lirəyə (2559 manat) qoyun otarmaq üçün çoban işçi axtarılır.
Lunar.az qardaş ölkənin KİV-lərinə istinadən Türkiyənin Tunceli vilayətinin Çemişgezek və Pertek kəndlərinin fermerləri kiçik buynuzlu heyvanlarını yaylalara aparıb otarmaq üçün 6 min lirə maaşla çoban tapa bilmədiklərini dilə gətiriblər. Buna səbəb terrorçuların olmasına görə, dövlət tərəfindən bölgədə fövqəladə vəziyətin elan edilməsidir. Heç bir insan buna görə, ərazidə çobanlıq etmək istəmir.
Yaranmış vəziyətə görə, fermer Nihat Yıldırım, bölgədə artıq heyvandarlıqla məşğul olmağın çətinləşdiyini ifadə edərək, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən dəstək gözlədiklərini ifadə edib:
"Çoban tutmaq lazımdır. Heyvanları yaylaya aparmağımız vacibdir. Yaylaları kirayə götürürük, amma yayla getmək qadağaya qoyulduğu üçün bunu edə bilmirik. Biz dövlətin bu məsələdə fermerlərə əl uzatmasını istəyirik. Xüsusilə Əfqanıstanlı, Suriyalı və digər ölkələrin işsiz vətəndaşlarına dövlət tərəfindən icazə verilsə burada çoban kimi çalışa bilərlər. Bunun üçün dövlət tərəfindən bizlərə kömək etməsini və yayla qadağan qaldırılmasını tələb edirik”.