Azərbaycanda ağlagəlməz işgəncə: Ruhi xəstəni döyür, başında təbii ehtiyaclarını ödəyirlər
İsmayıllı rayonunda ruhi xəstəyə qarşı insanlığıa sığmayan işgəncə verib videoya çəkiblər.
Lunar.az xəbər verir ki, hadisə 7 ay əvvəl Lahıc qəsəbəsində baş verib. Lahıc qəsəbəsində yaşayan bir neçə nəfər ruhi xəstəni qapalı yerə gətirərək döyür, sonra isə başına təbii ehtiyaclarını ödəyiblər. Bununla da hirsi söymayan şəxslər ''şikarları'' üzərində sexsual xarakterli hərəkətlər ediblər.
İsmayıllı rayon Polis Şöbəsindən Criminal.az saytına bildirildi ki, tərəflər arasında qarşılıqlı münaqişə olub. Münaqişə zamanı xoşagəlməz hadisə baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə bir nəfər təqsirləndirilir.
Criminal.az saytına daxil olan məlumatda zərərçəkmiş şəxsin yaxınları iddia edir ki, işi araşdıran müstəntiq Rasim Məmmədov ruhi xəstəyə qarşı haqsızlıq edib. İstintaq 9-10 nəfəri məsuliyyətə cəlb etmək əvəzinə bütün günahları zərərçəkmiş şəxsə tərəf çeviriblər. Bu isə haqsızlıqdır və müstəntiqin qərarı vəziyyəti daha da qızışdıracaq.