Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"14 nəfər saxlanıldı"

"14 nəfər saxlanıldı"

"14 nəfər saxlanıldı"

Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

"Hazırda 14 nəfər şübhəli şəxs qismində saxlanılıb". ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara terroru ilə bağlı Baş Qərargahda açıqlama verir.

Onun sözlərinə görə, istər PKK, istərsə də PYD-nin başında olanlar bu hadisənin onlarla əlaqədar olmadığını deyir. Lakin türk kəşfiyyatçılarının əldə etdiyi məlumatlar, sənədlər terroru onların törətdiyini göstərir. "Zəncir açılmağa başlayıb. Mən təxmin edirəm ki, bu işə görə saxlanılanların sayı 14 nəfərlə bitməyəcək".

Prezident bildirib ki, bu hadisə Türkiyədə son zamanlar aparılan əməliyyatların nəticəsini verdiyini göstərir. Ölənlərdən 20 nəfər yüksk rütbəli hərbçidir, 8 nəfər isə mülki şəxsdir.

Rəcəb Tayyib Ərdoğan Baş Qərargahda
Fevralın 17-si axşam saatlarında Ankarada qanlı terror aktı törədilib. Baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

Güclü partlayış hərbi şəhərciyin yaxınlığında, hərbçiləri daşıyan avtobusda baş verib. Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir. Terror aktı qeydə alınan ərazi strateji dövlət qurumlarının yaxınlığındadır.

Ölkənin baş naziri Əhməd Davudoğlu artıq hadisəni törətməkdə şübhəli bilinən şəxsin adının bəlli olduğunu deyib. Baş nazir bu şəxsin PKK və YPG üzvü olduğunu bildirib. O, 1992-ci ildə Suriyada doğulub. Adı Salih Neccardır. Terror aktı ilə bağlı 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.










Prinsesa от 25 fevral 2016 22:45
her gun eyni weyler....
Esgeroov
Esgeroov от 28 fevral 2016 11:23
Paylawdiqniz Ucun Tewekurler ))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ