Arxeoloqların İtaliyanın İmola vilayətindən tapdığı qadının kəllə sümüyündə dəlik var.
Onun ayaqlarının arasındakı xırda sümüklərdən məlum olub ki, 38 həftəlik hamilə qadın öldükdən sonra doğub.
Qadının ölüm səbəbi müəmma olaraq qalır. Lakin onun kəllə sümüyündəki dəliyə görə ehtimal olunur ki, qadın hamiləliyi zamanı yaranan xəstəliyə görə dünyasını dəyişib.
Yaşı 25-35 arası olduğu təxmin edilən qadının ölümündən təxminən 1 həftə əvvəl əməliyyat edildiyi məlum olub.
Ferrara universitetinin tədqiqatçılarının qadının müəmmalı ölümü ilə bağlı apardığı araşdırmanın nəticələri "World Neurosurgery" jurnalında dərc olunub.
Yazıda bildirilib ki, qadının ölüm səbəbi müasir dövrdə də rast gəlinən eklampsiya (Qıcolma tutmalarının və komanın baş verməsi ilə səciyyələnir) xəstəliyi olub. Bu səbəbdən də onun kəllə sümüyü əməliyyat zamanı dəlinib.
Məqalənin müəllifi qeyd edib ki, eklampsiya xəstəliyi hamiləliyin 20-ci həftəsindən sonra yaranır və çox vaxt ananın ölümü ilə nəticələnir.
"20-ci əsrə qədər xəstəlik səbəbindən başda yaranan təzyiqi azaltmaq üçün bu üsuldan (kəllə sümüyünün dəlinməsi) istifadə edilib", - məqalədə yazılıb.