Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bayram ərəfəsində Azərbaycana gələn turistlərin əksəriyyəti... - VİDEO

Bayram ərəfəsində Azərbaycana gələn turistlərin əksəriyyəti... - VİDEO

Novruz bayramı ərəfəsində xaricdən gələn turistlər arasında iranlılar və ərəblər çoxluq təşkil edir.


Lunar.az bildirir ki, bayram tətilində Cənub bölgəsinə istirahət etməyə gələn qonaqlar əsasən Lənkəran və Lerik rayonlarına üz tutublar. Lənkərana gələn qonaqlar əsasən Xəzər dənizi sahilində yerləşən hotellərdə dincəlməyə üstünlük veriblər.

Lənkəranın istirahət mərkəzlərində bir nəfər üçün 1 gün qalmağın qiyməti 50 manatdan 200 manata qədər dəyişir. Ötən ilin martında Cənub bölgəsinə 1000 iranlı turist gəlmişdisə, bu il onların sayı 1500-ə çatıb.

Şimal bölgəsinə gələn turistlər isə qar ilə əylənməyə üstünlük veriblər. Bu il bayramı məhz "Şahdağ" Turizm Mərkəzində qeyd etmək istəyənlər şimal bölgəsinə üz tutublar. Bura bayram ərəfəsində 5 mindən çox turist gəlib. Turistlər arasında Birləşmiş Ərəb Əmirliyindən, Küveyt və Rusiyadan gələnlər çoxluq təşkil edir.

Novruz bayramı münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılıb. /xezerxeber.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ