Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ankarada TERROR 28 ölü,61 yaralı

Ankarada TERROR 28 ölü,61 yaralı

Ankarada TERROR 28 ölü,61 yaralı
Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib

Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

APA-nın xəbərinə görə, Türkiyə hökümətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb.

***
23:04
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin həyatını itirməsi barədə xəbər var. Onun sözlərinə görə, 61 nəfər isə yaralıdır.

***
22:34
Ankarada baş vermiş terror hadisəsində 18 nəfər ölüb. 45 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə Ankara Valiliyinin son açıqlamasında bildirilib.

Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib.

***
21:25
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi nəqliyyat vasitələri keçərkən partlayış törədilib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb.


[media=https://youtu.be/XgWxrfGfb5o]








Miriş Soltanov от 18 fevral 2016 19:22
ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN.AİLƏLƏRİNƏ SƏBR VERSİN.YARALILARA DA ŞƏFA DİLƏYİRİK:
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ