Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda ilk - 5 ölkənin deputatları futbol oynayacaq

Bakıda ilk - 5 ölkənin deputatları futbol oynayacaq

Gələn həftə Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-dan 11-dək gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.

Lunar.az-ın məlumatına görə, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirib ki, turnir onun rəhbərlik etdiyi komitənin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.



Millət vəkili qeyd edib ki, bu turnir Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsi ilə əlaqədar təşkil olunur: "Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb. Müstəqil Azərbaycanın 100 illiyini qeyd etmək bizim nəslin qismətinə düşüb. Biz də Prezidentimizin bu çağırışına qoşularaq, 5 ölkədən deputat dəvət etmişik.

Bir daha qeyd etmək istəyirəm ki, idman və siyasətin vəhdəti olan bu futbol turniri həm ölkəmizin, həm də Milli Məclisin tarixində baş tutan ilk beynəlxalq Parlament idman tədbiri olacaq".

Onun sözlərinə görə, beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin parlament komandalarının iştirakı ilə keçiriləcək: "Turnirdə adlarını çəkdiyim ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfəri millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və parlament aparatlarının əməkdaşlarıdırlar".

F.Muradov bildirib ki, bu turnir həm də parlamentarilər arasında sağlam həyat tərzinin təbliği baxımından da böyük əhəmiyyət daşıyır: "Burada Azərbaycanın həm də böyük idman ölkəsi olduğuni əyani şəkildə qonaqların diqqətinə çatdıracağıq. Ulu öndər Heydər Əliyev zaman-zaman vurğulayırdı ki, biz idman vasitəsilə özümüzü, ölkəmizi, gerçəkliklərimizi, potensialımızı dünyaya təbliğ edə bilərik.

Azərbaycan Prezidentinin ölkəmizdə idmana qayğı və diqqəti nəticəsində biz bütün sahələrdə olduğu kimi, idmanda da dünya səviyyəsində sözümüzü deyirik. Birinci Avropa Oyuynları, İslam Həmrəyliyi Oyunları bu baxımdan xüsusilə əhəmiyyətli oldu. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu möhtəşəm beynəlxalq idman yarışlarının təşkilatçılığına rəhbərlik etməsi öz nəticəsini verdi. Bu, dünya idman ictimaiyyətinin qəbul etdiyi, etiraf etdiyi məsələdir. Ona görə də biz deputatlar da qərara aldıq ki, bu çağırışlara cavab verə biləcək bir addım ataq".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ