Azərbaycan Respublikası ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lunar.az-a verilən məlumata görə, yeraltı təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.
*** Göyçay rayonunda zəlzələ baş verib.
Lunar.az xəbər verir ki, yeraltı təkanlar təqribən 23:04 radələrində rayon ərazisində hiss olunub.
İlkin ehtimala görə, zəlzələ 3 maqnituda gücündə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. (report)