Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Universitet rektoru Xocalı soyqırımının tarixini səhv saldı

Universitet rektoru Xocalı soyqırımının tarixini səhv saldı

Azərbaycan Universitetinin rektoru Xocalı soyqırımının tarixini səhv salıb.


Lunar.az xəbər verir ki, təhsil müəssisəsinin rəsmi saytında universitetdə qanlı hadisənin ildönümü ilə bağlı tədbirin keçirildiyinə dair məqalə yer alıb. Məqalədə universitetin rektoru Səadət Əliyevanın çıxışı barədə söhbət açılıb. Həmin xəbərdə onun dilindən qeyd olunub ki, Xocalı soyqırımı yanvar ayında baş verib. Üstəlik, rektorun sözlərinə görə, qanlı hadisə həmin ayın 26-dan 27-ə keçən gecə törədilib.

Məlumat Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlandığına görə, bir sıra xəbər agentlikləri məqaləni olduğu kimi saytlarında dərc edib.

Bunun üzərindən iki gün keçdikdən sonra təhsil müəssisi səhvlərini anlayıb. Universitetin rəsmi saytında və digər xəbər agentliklərində bu, aradan qaldırılıb.
//Minval.info








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ