Ana körpəsini aeroportun hamamına atdı — Üstünə də məktub qoydu + VİDEO
ABŞ-ın Arizona ştatının Tucson Beynəlxalq Hava Limanında ana yeni doğulmuş körpəsini atıb.
Lunar.az-ın ölkə.az-a istinadən verdiyi xəbərə görə, ana uşağı hava limanının hamam otağında tərk edib və kağıza qeyd yazaraq üzərinə qoyub: “Xahiş edirəm mənə kömək eləyin. Anam hamilə olduğundan xəbərsiz olub. O mənə qayğı göstərə bilməyəcək. Yaxşı bir ev tapa bilməyim üçün məni səlahiyyətlilərə verin. Mən o və özüm üçün ən yaxşısını istəyirəm. Xahiş edirəm. Məni bağışlayın”.
Qeyd edək ki, qadının bütün hərəkətləri təhlükəsizlik kameraları tərəfindən çəkilib. Hazırda onun axtarılması üçün işlər davam etdirilir. Körpənin vəziyyəti isə qənaətbəxşdir.