Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rusiya-Türkiyə böhranında Bakı üçün gözlənilməz məqamlar.

Rusiya-Türkiyə böhranında Bakı üçün gözlənilməz məqamlar.

Rusiya-Türkiyə böhranında Bakı üçün gözlənilməz məqamlar.

Rusiya aviasiyasının bombaladığı Suriya şəhəri

Türkiyə baş naziri Əhməd Davudoğlunun Kiyevdə Rusiya əleyhinə səsləndirdiyi bəyanatda Qarabağ münaqişəsində Kremlin rolundan danışması Azərbaycanın siyasətinin ardıcıllığına təsir edə bilməz. ANS PRESS-in araşdırmasına görə, ölkənin əksər siyasi analitikləri Azərbaycanın ənənəvi balanslı siyasətə üstünlük verməsinə tərəfdar olduqlarını bildirirlər. Yəni Azərbaycan Türkiyə və Rusiya arasında yaranmış münaqişəyə fəal müdaxilə etməməli, Türkiyə ilə strateji müttəfiqlik, Rusiya ilə isə strateji tərəfdaşlıq münasibətini davam etdirməlidir.

Dünən Kiyevdə Ukrayna baş naziri Arseni Yatsenyukla görüşdən sonra mətbuat konfransında çıxış edən Əhməd Davudoğlu Rusiyanın dəstəklədiyi Ermənistanının əməlləri üzündən Azərbaycanın ərazi bütövlüyünün təhlükə altında olduğunu vurğulayıb: "Ermənistan Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə işğal edib".

Ukrayna prezidenti Pyotr Poroşenko və Türkiyə baş naziri Əhməd Davudoğlu

Türkiyə baş nazirinin bəyanatını ANS PRESS-ə şərh edən keçmiş səfir, politoloq Fikrət Sadıqov da Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalmasında böyük dövlətlərin günahı olduğunu bildirir: “Rəsmi Bakı bu məsələni dəfələrlə açıqlayıb. Rəsmi səviyyədə həmsədr ölkələrin - ABŞ, Fransa və Rusiyanın fəaliyyətsizliyini dəfələrlə dilə gətirib, Rusiya da bu dövlətlərdən biridir, yəni rəsmi Bakı onu da tənqid edib. Amma bu, heç də həmin dövlətlərdən hansısa birinə qarşı yönəlmiş alyansa qoşulmağa səbəb vermir”.

Fikrət Sadıqov Əhməd Davudoğlunun bu bəyanatı Türkiyə-Rusiya münaqişəsi kontekstində verdiyini bildirir: “Mən Davudoğlunun səmimiliyinə şübhə etmirəm. Amma Azərbaycan belə bəyanatlara görə öz siyasi prioritetlərindən imtina edə bilməz”.

2015-ci ilin noyabr ayında SU-24 rus bombardmançı təyyarəsinin vurulmasından sonra Türkiyə və Rusiya arasında yaranmış münaqişəyə Azərbaycanın baxışı isə xarici işlər naziri Elmar Məmmədyarovun "The Business Year" jurnalına müsahibəsində öz əksini tapıb. Azərbaycanın XİN başçısı həm Türkiyə, həm də Rusiya ilə münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etməsində maraqlı olmasını vurğulayıb: “Təəssüflər olsun ki, döyüş təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərə mənfi təsir etdi. Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı durumu heç bir halda Azərbaycan üçün arzu olunan deyil”.


Fikrət Sadıqov - keçmiş səfir

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə Türkiyə ilə yaranmış münaqişənin Azərbaycan - Rusiya münasibətlərinə təsir etmədiyini bildirir. Ötən həftə “Komsomolskaya Pravda” nəşrinə müsahibə vermiş Vladimir Doroxin Kremlin rəsmi Bakıya etibarının itmədiyini bildirib: “Azərbaycan-Rusiya münasibətlərinin əsasını ardıcıl siyasət təşkil edir. Biz cənub sərhədlərimizin Azərbaycan hissəsinə görə narahat deyilik - heç bir xoşagəlməz hadisələr baş verə bilməz”.

Əslində, Rusiya ilə müasir Türkiyə münasibətlərinin tarixi Azərbaycan üçün bu məsələdə ən optimal yanaşmanın ehtiyatlı davranış olduğunu ortaya çıxarır. Hər iki ölkə arasında münasibətlər beynəlxalq maraqlardan asılı olaraq kəskin dəyişə bilir. Əgər Osmanlı imperiyası 1914-cü ildə Birinci Dünya müharibəsinə Rusiyanın düşməni kimi daxil olmuşdusa, onun varisi Türkiyə respublikası düşmənlərini öz ərazilərindən məhz Moskvanın dəstəyi ilə çıxara bildi. Sovet Rusiyasının lideri Vladimir İliç Lenin Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə həm pulla, həm də silah-sursatla yardım etdi.

Vladimir Doroxin - Rusiyanın Azərbaycandakı səfiri

Eyni yanaşma İkinci Dünya müharibəsindən sonra, xüsusilə də Qərblə Moskva arasında yaşanan soyuq müharibə illərində də müşahidə edilib. 1952-ci ildə soyuq müşaribə Moskvanın əsas düşməni NATO-ya daxil olmuş Türkiyə 1974-cü ildə baş vermiş Kipr böhranında Moskvanın ciddi dəstəyini aldı. ABŞ adaya türk əhalisinin müdafiəsi üçün girmiş Türkiyəni geri çıxmağa məcbur edə bilmədi. Türkiyə genralitetinə yaxın dairələrinin xatirələrinə görə, Moskva gözlənilmədən Ankaraya dəstək verdi.

Göründüyü kimi, Rusiya - Türkiyə münasibətləri tarixində gözlənilməzliklər çoxdur. Azərbaycan bu nüansı həmişə diqqətdə saxlamalıdır və tələsik addımlar atmamalıdır. Nə bilmək olar, bəlkə yenə də Ankara Moskvanın dəstəyindən istifadə edəcək. Bəlkə, Ankra hələ Atatürk zamanından mübahisəli qalmış Hələb və ya Mosul şəhərlərinə yenidən qayıtmağın yolunu məhz Rusiyanın yardımı ilə tapacaq. Hər halda, Rusiya-Azərbaycan, yaxud Türkiyə Azərbaycan münasibətləri bu cür gözlənilməzliklərdən zərər görməməlidir.








Prinsesa от 25 fevral 2016 22:46
hmmm inwaAllah her wey duzeler
Esgeroov
Esgeroov от 28 fevral 2016 11:24
Paylawiqniz Ucun Tewekurler Oxmadim Uzun Idi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ