Gənclərin yeni trendi… Tatular…
Yeni nəsil bu axına qeyri-ixtiyari qatılır. Maraqlısı bundandır ki, insanlar özlərini o qədər bu “işə” aludə ediblər ki, paytaxtda minlərlə manatlıq büdcələr xərclənir.
Bu işin mütəxəsisi Fazil Zeynalovun sözlərinə görə, qadınlar arasında “Mandalla”- bud nahiyyəsinə və sinə arasına vurulan modellər, kişilər arasında isə “Mauli”-çiyinə edilən döymələr son illər populyarlaşıb.
Maraqlısı ondadır ki, bu işin mütəxəsisləri tatunun ilk vaxtlar avtoritetlər və əsgərlik xatirəsi qalsın deyə kişilər özləri iynə və mürəkkəblə edirlərmiş. İndiki dövrdə isə hər bir gənc öz bədənində bu cür təsvirlərə yer verir.
Son ilin tatu dəbi sırasında ağ-qara təsvirlər, abstarkt və heyvan fiqurlarına üstünlük verilir. Rəngli təsvirlər daha tez solduğu üçün isə rəğbət görmür.
Ən maraqlısı qiymətidir.
Zeynalovun sözlərinə görə, 30 manatla- 4000 manat aralığında qiymət dəyişikliyi olur. Lakin bu tatunun həcminə görə deyil, onun dəqiqliyi,verilən təsvirin reallığa yaxınlığı ilə əlaqəlidir. Hal-hazırda 3d, 4d, 7d formasında tatular da işlənə bilir.[media=https://youtu.be/kziUzH0knUA]
mənbə: a24.az