Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Düşünürəm ki, uşaqlarımı öldürürəm" - 16 qaşıq şəkər tozu və 2 stəkan qəhvə... - FOTO

"Düşünürəm ki, uşaqlarımı öldürürəm" - 16 qaşıq şəkər tozu və 2 stəkan qəhvə... - FOTO

Övladınıza 16 çay qaşığı şəkər tozu ilə qarışdırılmış 2 stəkan kofe içirərsiniz?


Yəqin ki, yox... Amma uşaqlarınıza enerji içkiləri alaraq bunu onlara edirsiniz. Hətta bu içkiləri yaşı 5-dən az olan övladlarına da içirənlər var.

Tanınmış ingilis bloqer Jamie Oliver valideynləri yaşı 16-dan az olan övladlarına enerji içkilərini almamağa çağırıb. O bildirib ki, bu içkilər onlarda asılılıq yaradacaq. Jamie təklif edir ki, bu içkilər 16yaşından kiçiklərə satılmasın.

"Əgər bu içkiləri istehsal edən şirkət bankaların üzərinə "uşaqlar üçün tövsiyə edilmir" yazıbsa, biz bunu uşaqlarımıza niyə almalıyıq?" - deyə 5 uşaq atası olan Jamie paylaşdığı videoda söyləyib.

İngiltərədə 3 ailə arasında enerji içkiləri ilə bağlı test edilib. Onlar test üçün yaşı 16-dan az olan uşaqlarına enerji içkiləri içirdiblər. Valideynlərin dediyinə görə, onlar özlərini enerjili hiss etmək əvəzinə, əksinə yorğun hiss ediblər və əvvəlkindən nisbətən çox danışıblar.

"Düşünürəm ki, uşaqlarımı öldürürəm. 11 yaşlı oğluma enerji içkisi içirəndə onun təzyiqi qaxdı, ürək döyüntüləri sürətləndi. Çox qorxmuşdum", - deyə testdə iştirak edən valideyn söyləyib.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ