Bilirsinizmi ki, Facebook Messenger tətbiqində şahmat oynamaq mümkündür? Yəqin ki, bir çoxlarının bundan xəbəri yox idi. O zaman Messenger’də hər hansı bir dostunuza @fbchess play yazıb göndərin və bundan özünüz də əmin olun.
Hə, indi artıq siz istənilən dostunuzla şahmatı birbaşa Facebook vasitəsilə oynaya bilərsiniz. Sadəcə kontaktlarınız arasından istədiyiniz insanı seçin və ona @fbchess play sözünü yazaraq, mesaj göndərin. Çatda həmin an şahmat fiqurlarının standart formada düzülmüş olduğu miniatür lövhə meydana gələcək. Bu imkan Facebook’un həm mobil, həm də veb versiyalarında mövcuddur.
Gediş etmək üçün siz bir-birinizə xüsusi mesajlar göndərməlisiniz. Məsələn, @fbchess e4 komandası ilə siz ağ piyadanı iki gediş irəli aparacaqsınız, @fbchess с6 komandası isə qara piyadanı hücuma keçirəcək. Bütün qaydalarla daha ətraflı tanış olmaq üçün @fbchess help komandasından istifadə edin.
Unutmayın ki, oyunlarınızın nəticəsi yaddaşda qalır və siz istədiyiniz vaxt fasilə verib, daha sonra yenidən qaldığınız yerdən oyuna davam edə bilərsiniz. Qrup halında turnirlər də keçirmək mümkündür.