Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində daha 2 cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var.
Lunar.az xəbər verir ki, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.
Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.