Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.Lunar.az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.
Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.
Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub.
Onlarla evə ciddi zərər dəyib.