İtaliya sahillərində 14-18 yaşlarında olan 26 gənc qızın cəsədi tapılıb.Lunar.az-ın məlumatına görə, qızların cəsədlərinə miqrantları daşıyan qayıqda rast gəlinib. İlkin təhqiqat zamanı onların Nigeriya vətəndaşları olduğu məlum üzə çıxıb.
Qızların cinsi təcavüzə məruz qaldıqdan sonra öldürüldüyü ehtimal edilir.
Fakt üzrə cinayət işi açılıb. İtaliya prokurorluğu mühacirləri dindirir.
Güman edilir ki, onlar hadisə baş verən yerdə olublar.